Mustafa Denizlinin yeni iş yeri məlum olub.

Offsideplus.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Türkiyənin Birinci Dvizionunda mübarizə aparan "Altay"la anlaşıb. Bu barədə klubdan edilən paylaşımda məlumat verilib: "Evinə xoş gəldin, Böyük Mustafa".

Denizli futbolçu karyerasında 17 il "Altay"ın şərəfini qoruyub (1966-1983).

Qeyd edək ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdıran təcrübəli mütəxəssis 2019-cu ildən "Traxtorsazi"dən ayrılandan sonra işsiz idi.