Yanvarda "Fənərbağça" ilə müqavilə bağlayan Mesut Özil hələ də "Arsenal"dan maaş alır.

Londonlularla bağladığı müqavilədə həftəlik maaşı 385 avro (illik 20 milyon avro) göstərilən Almaniya millisinin sabiq üzvünə keçmiş klubu hələ də pul ödəyir.

Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Özil hazırda "Fənər"ə məxsus olmasına baxmayaraq, yanvardakı ayrılıq zamanı tərəflər arasında razılıq əldə olunub. 385 min avronun 53 minini Türkiyə klubu verəcək, yerdə qalan 332 min avronu isə "Arsenal" ödəməlidir. Bu isə o deməkdir ki, təcrübəli yarımmüdafiə hələ də "Arsenal"dan pul alır. 

Məlum vəziyyət Mesutun "topçular"la müqaviləsinin müddəti bitən aya, yəni bu ilin iyununa qədər keçərlidir. Ondan sonrakı əməkhaqqı futbolçu ilə "Fənərbağça" ilə arasında razılaşdırılmış şərtlərə əsasən tənzimlənəcək.

Qeyd edək ki, yanvardan bu yana sarı-lacivərdli formada 7 oyuna çıxan ulduz futbolçu nə qol vurub, nə məhsuldar ötürmə verib.