Mövsüm sona yaxınlaşdıqca "Qalatasaray" icarə müqaviləsi ilə heyətinə qatdığı futbolçularla bağlı qərarını verməkdədir.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Fatih Terimin istəyinə uyğun olaraq Mustafa Mohamedi transfer etmək istəyindədir. Təcrübəli mütəxəssis Halil Dervişoğlunun alınmasında da maraqlıdır. Düzdür, "Brendford" türk futbolçusuna görə kifayət qədər böyük məbləğ - 5 milyon avro təklif edir ki, bu da "sarı-qırmızılar"ı qane etmir. Rəsmilər məbləğin aşağı salınması ilə bağlı ingilis klubuyla danışıq aparacaq. Gedson Fernandesin yayda başa çatacaq icarə müqaviləsinin uzadılması əsas söhbət mövzusudur.
Əvəzində Henri Onyekuru göndərilir. "Qalatasaray"a növbəti gəlişində uğurlu ola bilməyən "Monako"ya məxsus futbolçu zədələrə görə bir neçə oyunu kənardan izləməli olub. Bu isə Henriyə görə fransızlara 4,3 milyon avro ödəməli olan klub rəhbərliyinin ürəyincə deyil. Odur ki, digər 3 futbolçudan fərqli, Onyekurunun "Qalatasaray"dakı gələcəyi işıqlı görünmür.
Qeyd edək ki, nigeriyalı forvard yanvardan bu yana meydana çıxdığı 13 matçda 5 qol vurub.