Bir dönəm "Qalatasaray" forması geyinmiş Aleks Telles ilə  "Yuventus" maraqlanır.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" 28 yaşlı "sambaçını" transfer etmək üçün danışıqlara başlayıb. Belə ki, PSJ-dən transfer edilən Adrian Rabyo ilə Aleks Tellesin dəyişdiriləcəyi gözlənilir.

"Mançester Yunayted"də istədiyi şansı tapa bilməyən futbolçunun İtalyaya qayıtmağa həvəsli olduğu bildirilir. Daha əvvəl "Qalatasaray", "Inter", "Porto" formalarıda geyinən futbolçunun, İtaliya vətəndaşlığı da var.

Qeyd edək ki, Aleks Telles bu mövsüm "qırmızı şeylanlarla" 7 maçta meydan çıxıb və 2 məhsuldar ötürmə edib.