Abdulkadir Parmak "Trabzonspor" tərəfindən sərt cəzalandırılıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi əsas heyətdən kənarlaşdırılıb. Buna ötən tur "Qalatasaray"la oyunda (1:1) intizamsız davranışı səbəb olub.
Bundan əlavə, Parmak 125 min TL məbləğində cərimələnib.
Qeyd edək ki, Abdulkadir Parmak bu mövsüm "Trabzonspor"la 23-ü start "11-lik"də olmaqla, 26 oyuna çıxıb.