"Qalatasaray" "Everton"lu Coşua Kinqin transferini bitirmək üzrədir.

Offsideplus.az "Football Insider"ə istinadən xəbər verir ki, "Cim-Bom" mövsümün sonu müqaviləsi başa çatan 29 yaşlı forvard üçün hərəkətə keçib. Klub rəhbərliyinin norveçli futbolçu ilə görüşdüyü və razılıq əldə edildiyi bildirilir. 

Qeyd edək ki, Kinq ilə "Fənərəbağça" klubu da yaxından maraqlanırdı. Fevral ayında "Bornmut"dan "Everton"a transfer edilən Coşua, İngiltərə komandası ilə 10 oyuna çıxıb.

 

Galatasaray, Everton'lı King ile anlaştı