Növbəti mövsüm üçün heyətini gücləndirməyi hədəfləyən "Fənərbağça" iki məşhur futbolçunu gətirməyi planlaşdırır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-larcivərtlilər"in sıralarına qatmaq istədiyi hər iki oyunçu müdafiəçidir.
Belə ki, onlardan biri "Everton"un kolumbiyalı üzvü Yerri Mina, digəri isə Münhen "Bavariya"sının məşhur simalarından olan Boatenqdir.
3 ildir Premyer Liqa təmsilçisində top qovan 26 yaşlı Mina cari mövsümdə "Everton" forması ilə çıxdığı 26 matçda 3 dəfə fərqlənib.
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsinin müddəti başa çatacaq Boatenq komandasından ayrılacaq.
"Fənərbağça"nın hazırda hər iki futbolçunu transfer etmək üçün danışıqlar apardığı yazılır.