Yeni mövsümdə çempionluğu hədəfləyən "Trabzonspor" heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "bordo-mavilər" hazırda icarə əsasında "Lester"də çıxış edən türkiyəli futbolçu Çingiz Ündəri rənglərinə bağlamaq istəyir.
Belə ki, komandanın baş məşqçisi Abdullah Avcı 23 yaşlı vingeri sərəncamında görmək niyyətindədir.
"Roma"dan böyük ümidlərlə İngiltərə təmsilçisinə gətirilən Ündər istənilən çıxışı sərgiləmədiyi üçün yayda "canavarlar"ın düşərgəsinə qayıdacaq.
Ancaq "Roma" da futbolçunu heyətində saxlamaq fikrində deyil. Bu təqdirdə "Trabzonspor" Çingizi transfer etmək üçün şans əldə edib.
Super Liqa təmsilçisinin önümüzdəki günlərdə onun üçün qarşı tərəflə təmasa keçəcəyi gözlənilir.