"Qalatasaray"ın ulduzu Radamel Falkao komandanı tərk etmək istəmir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı forvard özü açıqlayıb. Zədələnməsi səbəbindən qınaq hədəfi olan futbolçunun "Cim-Bom"la yollarını ayıracağı gözlənilərkən, Falkao komandada qalmaq istədiyini bildirib:
"Hazırda diqqətimi tamamilə klubuma yönəltmişəm. Bir anlaşmam var və bu müqaviləyə sadiq qalacam".
Qeyd edək ki, "Qalatasaray"ın 2019-cu ildə transfer ediyi Radamel Falkao ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.