"Fənərbağça"nın ulduzu Məsut Özil "Şalke"nin Bundesliqanı tərk etməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, dünən "Arminiya"ya minimal hesabla (1:0) məğlub olan "Şalke" sona 4 tur qalmış Almaniyanın top liqasından ayrılacağını rəsmiləşdirib. Buna komandanın sabiq futbolçusu Özil reaksiya bildirib. 32 yaşlı yarımmüdafiəçi Tvitter hesabında "Xahiş edirəm, tezliklə geri dönün", - deyə yazıb.
Qeyd edək ki, peşəkar karyerasına "Şalke"də başlayan Məsut Özil 2006-2008-ci illərdə Almaniya klubunda çıxış edib.
Bitte, bitte kommt ganz schnell wieder zurück @S04 ? @Bundesliga_DE #Gelsenkirchen #Heimat
— Mesut Özil (@MesutOzil1088) April 20, 2021