Türkiyə Super Liqasının 35-ci turunda "Göztəpə"ni 3:1 hesabı ilə məğlub edən "Qalatasaray"la bağlı şok iddia səsləndirilib.
Offsideplus.az xəbər verir ki, ölkəsinin tanınmış idman yazarı Sərdar Sarıdağ qonaq olduğu verilişlərin birində "cim-bom" prezidenti Mustafa Cengizin "Fatih Terim çox yaxşı baş məşqçidir, "Qalatasaray" əfsanəsidir, ancaq bir peşəkar olaraq klubda bu qədər iş görmək özünü rəhbərdən artıq hesab etmək demək deyil" sözlərinin iki şəxs arasında gərginliyin pik həddə olduğundan xəbər verdiyini deyib.
Belə ki, o, bu proseslərin sonunda 67 yaşlı mütəxəssisin postundan ayrılacağını dilə gətirib. Terimin yerinə isə "Başakşəhər"in sabiq çalışdırıcısı Okan Buruk gətirilə bilər.
"Mustafa Cengiz bəlkə bu ağır sözlərimdən sonra Fatih Terim öz istəyi ilə istefa verər və mən də getməzdən əvvəl Okan Buruku gətirərəm, gözüm arxada qalmaz" - deyə Sərdar Sarıdağı fikirlərini ifadə edib.