"Trabzonspor" klubunun hücumçusu Burak Yılmaz üçün mövsüm bitib. 

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu mövsümün son iki matçında forma geyə bilməyəcək. Buna səbəb onun belindəki ağrılardır. Bel yırtığını əməliyyat etdirmək üçün Almaniyaya yollanan hücumçu iki həftə komandasına kömək edə bilməyəcək. 
 
Qeyd edək ki, sözügedən futbolçu  mövsümün əvvəlində Çin klubu "Beijinq Quoan"dan 3,5 milyon avroya "Trabzonspor"a transfer olunmuşdu.