“Dənizlispor”un yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Superliqa komandasının sükanı arxasına Ali Tandoğan keçib. 43 yaşlı mütəxəssis ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində 26 xalla 21-ci olan "Dənizlispor" Hakan Kutlunu ötən gün istefaya göndərib.