"Fənərbağça"nın ulduzu Məsut Özil Avropa Super Liqasının yaradılmasına münasibət bildirib.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yeni liqanın yaradılmasını tənqid edib.

 "Uşaqlar bir gün Dünya Kuboku və ya Çempionlar Liqasını qazanmağı arzulayaraq böyüyürlər, hansısa Super Liqanı qazanmağı yox. Böyük oyunların ləzzəti bunun hər həftə deyil, ildə 1-2 dəfə keçirilməsidir. Bütün futbol azarkeşləri üçün çətin bir andır..."