Avropa futbolunda inqilab kimi qəbul edilən Avropa Super Liqasının qurulması ilə "Qalatasaray" iddiası ortaya atılıb.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Cim-Bom"un yeni yaradılan liqada çıxış etmək şans var. Belə ki, "Qalatasaray"ın Super Liqada mümkün iştirakı pozitiv qarşılanır. Digər komandaların isə "Ayaks", "Seltik" və "Srvena Zvezda" olacağı gözlənilir.
Mustafa Cengiz Avropa Super Liqası barədə bu sözləri deyib: "Avropa Super Liqası rəhbərliyindən "Qalatasaray" klubu üçün hər hansı rəsmi dəvət təklifi gəlməyib. Əgər gələrsə, "Qalatasaray" klubunun mənfəətlərini düşünüb addım atacağıq. Təbii ki, futbol cəmiyyətimizin icazəsi və təsdiqi olmadan qərar verə bilmərik. Avropanın böyük klublarının rəhbərləri də mənim yaxın dostlarımdır. Xüsusən də "Real"ın prezidenti ilə yaxın dostluğumuz var. Hətta bir oyundan sonra nəvəm Mert üçün forma hədiyyə etdiyini heç vaxt unutmaram".
Qeyd edək ki, 20 klubdan ibarət olacaq liqada klublardan 15-i daimi, 5-i isə hər il qatılacaq.