Mövsümün gedişində "Qalatasaray"dan ayrılan Yunes Belhanda İstanbulu tərk etmək istəmir.
Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, futbolçunun qərarında israrlı olması agentini hərəkətə keçməyə məcbur edib. Odur ki, mərakeşli yarımmüdafiəçinin meneceri müştərisini "Fənərbağça"ya təklif edib. Agent "sarı-lacivərdlər"ə şərtlərini bildirib, klub rəhbərliyi isə düşünmək və qərar vermək üçün vaxt istəyib.
Qeyd edək ki, cari mövsümdə Super Liqada 22 oyuna çıxıb 6 qol vuran Belhanda, "Qalatasaray" sosial şəbəkədə klub rəhbərliyinə söz atdığı üçün martda klubdan uzaqlaşdırılmışdı.