Türkiyə Futbol Federasiyasının (TFF)  Mübahisəli Məsələlərin Həlli Palatası "Beşiktaş"la sabiq baş məşqçisi Abdullah Avcı arasındakı təzminat məsələsi ilə bağlı qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" 58 yaşlı mütəxəssisə ümumilikdə 17,8 milyon türk lirəsi təzminat ödəyəcək.

Qeyd edək ki, Abdullah Avcı 2019/2020-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub.