"Qalatasaray"ın Super Liqanın son turunda xal itkisi rəhbərliyin qəzəbinə tuş gəlib.

Offsideplus.az "Milliyet"ə istinad xəbər verir ki, klubun prezidenti Mustafa Cengiz son 3 oyunda itirilən 8 xala görə Fatih Terim və futbolçuları sərt tənqid edib.

"Donkun seks partilərindən bezdik. Futbolçular düzgün məşq etmir. Axşam parti, səhər məşq. Performanslarını başqa yerə xərcləyirlər. İşləri əyləncədədir".

Ad çəkməsə də, Fatih Terimə söz atan klub prezidenti, "Bir Amerikaya gedir, bir Bodruma" - deyərək futbolçuların tam məşq etmədiyini bildirib.

Qeyd edək ki, 2019-cu ildə derbidə "Beşiktaş"a 1-0 məğlub olan "Qalatasaray"ın 3 futbolçusu, Donk, Babel və Leminanın bir əyləncədə olduğlarının görüntüsü yayılmışdı. Digər yandan, Donk "Oğlum əməliyyat olunduğu üçün derbidə iştirak etməyəcəm", deyə açıqlama vermişdi.