"Fənərbağça" gələn mövsümə məşhur futbolçunu transfer edərək başlamağı qərar alıb.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, klub rəhbərliyi "Bavariya"nın ulduzu Jerom Boatenqin meneceri ilə danışıqlara başlayıb. Agenti ilə əlaqə saxlayaraq, 32 yaşlı müdafiəçinin transfer şərtlərini müzakirə edib.
2011-ci ildən bəri "Bavariya"da çıxış edən Boatenq 10 milyon avro dəyərə sahibdir. O, cari mövsüm 33 oyuna çıxaraq 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Jerom Boatenqin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatır.