“Fənərbağça” klubunun futbolçusu Məsut Özil xeyirxah addım atıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Ramazan ayı münasibəti ilə “Qızıl Aypara Cəmiyyəti”nə 100 min avro məbləğində köçürmə edib.
Özilin yardımı sayəsində Türkiyədə 2800, İndoneziyada 1000, Banqladeşdəki 750 qaçqın düşərgəsində Ramazan yeməyi paylanacaq. Həmçinin İdlibdəki yetimxanalarda və Somalidə 30 gün iftar süfrəsi təşkil ediləcək.