Erol Bulutla yolları ayıran və hazırda komandanın "sükanını" Emre Belözoğluna həvalə edən "Fənərbağça" bu posta təcrübəli mütəxəssis gətirməyə hazırlaşır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq tanınmış çalışdırıcı ilə gizli görüş keçirib.

Söhbət Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Lusyen Favredən gedir. Məlumata görə, 63 yaşlı isveçrəli mütəxəssis "sarı-larcivərtlər"dən 4,5 milyon avro maaş tələb edib.

Tərəflərin razılaşacağı təqdirdə Favre qarşıdakı günlərdə "Fənərbağça" ilə rəsmi müqavilə imzalayacaq.