"Qalatasaray"ın prezidenti Mustafa Cengiz klubun televiziya kanalına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 71 yaşlı funksioner son dönəmdə rast gəlinən hakim səhvlərini sərt tənqid edib. Klub rəsmisi Mərkəzi Hakimlər Şurasının (MHK) işini layiqincə görmədiyini açıqlayıb.
Cengiz MHK prezidenti Sərdar Tatlının vəzifəsində istefa verməli olduğunu vurğulayıb.