"Göztəpə"də sürpriz ayrılıq yaşanıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın təcrübəli futbolçularından sayılan Titi "Göztəpə"ni tərk etmək qərarına gəlib. Müqaviləni təktərəfli şəkildə pozan 33 yaşlı futbolçunun hansı səbəbdən bu qərara gəlməsi haqda məlumat verilmir.

Qeyd edək ki, vaxtilə "Kasımpaşa" ilə "Bursaspor"un da şərəfini qorumuş Titi cari mövsümdə Super Liqada meydana çıxdığı 20 oyunda 1 qol vurub. 

Yeri gəlmişkən, "Göztəpə" aprelin 17-də doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.