"Fənərbağça"nın ulduzu Məsut Özil Meksika klubu "Necaxa"nın şərikli sahibi olub.
Offsideplus.az xəbər verir ki, ABŞ-dan iş adamları Ol Tailis, Sam Porter, dünyaca məşhur model Eva Lonqoriya, model Keyt Apton, beyzbol ulduzu Castin Verlanderin sahib olduğu kluba 32 yaşlı yarımmüdafiəçi də şərik çıxıb. Meksika Super Liqasında mübarizə aparan klub kifayət qədər azarkeş kütləsinə malikdir. Belə ki, təkcə ABŞ-dan 40 milyon izləyici Meksika çempionatına diqqət edir.
Qeyd edək ki, klubun səhmdarlarından biri olan Özil, Meksikada klub sahibi olan ilk türk olub.