"Qalatasaray"ın ulduz futbolçusu Radamel Falkao növbəti dəfə əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, "Göztəpə" ilə oyundan öncəki məşqlərin birində komanda yoldaşı Kərəm Aktürkoğlu ilə kəllə-kəlləyə toqquşan məşhur futbolçu xəstəxanalıq olub.
Üz sümüyündə sınıq aşkar olunan Falkao əməliyyat masasına uzadılıb. Hücumçunun 3 həftədən sonra yaşıl meydanlara qayıdacağı ehtimal olunur.
Futbolçunun xanımı Loreley Taron Radamelin əməliyyatdan sonrakı şəklini paylaşaraq, "Şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Mesajlarınız və dualarınız üçün təşəkkür edirəm. Maskalı adam gəlir" sözlərini yazıb.