Türkiyə Super Liqasının cari mövsümündə çempionluq yarışını davam etdirən "Beşiktaş"ın bəzi futbolçuları artıq Avropa nəhənglərinin hədəfindədir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, bu dəfə Münhen "Bavariya"sı "qara qartallar"ın futbolçusuna "elçi" düşüb.
Həmin nəşrin tanınmış əməkdaşı Zeki Uzundurukanın dediyinə görə, söhbət "Beşiktaş"ın qapıçısı Ersin Destanoğludan gedir.
Belə ki, Bundesliqa nəhəngi komandadan ayrılacaq Aleksandr Nübeli türkiyəli qolkiperlə əvəz etmək niyyətindədir.
"Bavariya"nın 20 yaşlı oyunçu üçün tezliklə rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Destanoğlu 2017-ci ildən "Beşiktaş"da çıxış edir.