"Qalatasaray"ın "Karagümrük"lə oyunda zədələnən futbolçusu DeAndre Yedlinin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi sağ ayağından xəsarət alıb. O, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, dünən baş tutan "Qalatasaray" - "Karagümrük" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.