"Qalatasaray"ın iki futbolçusu Radamel Falkao və Kerem Aktürkoğlu xəstəxanaya aparılıb.
Offsideplus.az xəbər verir ki, bu gün səhər baş tutan məşq toplanışı zamanı adıçəkilən iki futbolçu kəllə-kəlləyə toqquşub. Yerə yıxılan Aktürkoğlu və Falkaoya həkimlər müdaxilə edib, daha sonra isə xəstəxanaya aparılıblar.
Futbolçuların son durumunun yaxşı olduğu bildirilir.