Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" yeni transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "cim-bom" yayda "Hatayspor"un qabonlu hücumçusu Aaaron Bupenzanı rənglərinə bağlayacaq.

24 yaşlı forvard üçün artıq danışıqlara başlanılıb. "Qalatasaray" onun üçün "Hatayspor"a göndərdiyi təklifə sərbəst qalma məbləği kimi 5 milyon avro, üstəlik növbəti satışdan əldə edilən bonusları daxil edib.

"Hatayspor" bu təklifə müsbət yanaşıb. Bupenzanın özü də "Qalatasaray"a keçməyə razılıq verib.

Qeyd edək ki, Bupenza ötən ildən "Hatayspor"un şərəfini qoruyur və komandasının heyətində 18 qola imza atıb.

Əlavə edək ki, sözügedən futbolçunu "Fənərbağça" da transfer etmək istəyirdi, ancaq Məsut Özil və İrfan can Kahvecinin keçidi sırasında Bupenza "unuduldu".