Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça"nın transfer hədəfində iki məşhur futbolçu var.

Offsideplus.az xəbər verir ki, Erol Bulutla yolların ayrılmasından sonra komandanın "sükanı arxasına" keçən Emre Belözoğlu əsas diqqəti müdafiə xəttinə yönəldib.

"A Spor" nəşrinin yazdığına görə, "sarı-larcivərtlər" Şkodran Mustafi və Yerri Minanı heyətinə qatmaq niyyətindədir.

Hər iki futbolçunun icarə əsasında İstanbul təmsilçisinə gətirilməsi planlaşdırılır. 28 yaşlı Mustafinin "Şalke" ilə cari müqaviləsi yayda bitəcək.

"Fənərbağça"nın sözügedən oyunçular üçün danışıqlara başladığı bildirilir.