Qış fasiləsində Avropanın səs-küylü transferinə imza atan "Fənərbağça" hələ ki, Mesut Özildən istədiyi faydanı görmür.

Bir müddət koronavirusa görə karantində "yatan" ulduz futbolçu daha sonra uyğunlaşma prosesinə görə vaxt istədi, ardınca zədələndi.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mesut artıq kollektiv çalışmalara başlayıb. Bu gün səhərki məşqdə iştirak edən Özilin növbəti matçlarda meydana çıxa biləcəyi iddia olunur.

Qeyd edək ki, Mesut cari mövsümdə "Fənərbağça" formasında 7 oyunda 418 dəqiqə meydanda olub.