"Qalatasaray"ın futbolçusu Rayan Babel məşq toplanışı zamanı sualları cavablandırıb.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı forvard mövsümün geri qalanını səhvsiz başa vurmaları gərəkdiyini deyib. O, Türkiyə futbolunda hakimlərlə yaşanan problemlə məsələsinə də toxunub:

"Hakimlər həmişə müzakirə və mübahisə edilən mövzudur. Bir futbolçu kimi bu mövzuya qarışmağım düzgün olmaz. Dürüstcə həqiqətləri desəm, cəza alaram. Matçları izləyərkən bir şeyləri başa düşürsünüz. Ancaq mənim hakimlər barədə bir söz deməyim doğru olmaz".

Qeyd edək ki, "Qalatasaray" aprelin 10-da "Karagümrük"lə qarşılaşacaq.