"Qalatasaray"da prezidentliyə namizəd olan daha bir şəxsin adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, klubun idarə heyətinin sədri Eşref Hamamcıoğlu da prezidentlik uğrunda mübarizəyə qoşulub. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
May ayında baş tutacaq prezident seçkisinə namizədliyini irəli sürənlər arasında Burak Elmas, Metin Öztürk və Tuncer Hunca da var.