Növbəti mövsümə hazırlıqları davam etdirən "Fənərbağça" hücum xəttini gücləndirməyi prioritet hesab edir.
Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlər" bu səbəbdən əsas diqqəti İngiltərənin "Kristal Palas" klubunda çıxış edən Kristian Bentekeyə yönəldib.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, İstanbul təmsilçisinin rəsmiləri 30 yaşlı belçikalı forvardın meneceri ilə görüş keçirib və müsbət nəticə əldə olunub.
Futbolçunun yayda "Fənərbağça"nın düşərgəsinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, cari klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq Benteke bu mövsüm Premyer Liqada çıxdığı 26 oyunda 5 dəfə fərqlənib.