"Qalatasaray"ın futbolçusu Arda Turanın müğənni Berkay Şahinin həyat yoldaşı Özlem Şahinlə məhkəməsi davam edir.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə tərəflərin vəkilləri iştirak edib. Arda Turan zədə səbəbindən, şahid qismində çıxış edən Burak Yılmaz isə Fransada olduğu üçün qatıla bilməyib.

Son qərara görə, məhkəmə 16 iyunda - ölkə çempionatları başa çatandan sonra yenidən qurulucaq. 

Xatırladaq ki, Berkay Şahin Arda Turanı həyat yoldaşı Özlem Şahinə cinsi təcavüz etməsi ilə günahlandırmış, futbolçu isə qarşılığında müğənninin burnunu qırmışdı. Bunun ardınca xəstəxanaya gedən Tükiyə millisinin üzvü orada silahla yerə atəş açmışdı. Bütün görüntülər təhlükəsizlik kameralarına həkk olunduğundan Ardanın silahla xəstəxanaya daxil olduğu və atəş açdığı anın görüntüləri gündəmə çevrilmişdi.