Türkiyə millisi və "Trabzonspor"un futbolçusu Uğurcan Çakır xeyriyyə məqsədli hərəkəti ilə gündəm olub.

Offsideplus.az xəbər verir ki, gənc qolkiper ad günündə gələn hədiyyələri UNICEF vasitəsilə uşaqlara bağışlayacaq. 25 yaşlı futbolçu bu barədə öz "Tvitter" hesabında yazıb.

6 aprel 1995-ci ildə dünyaya gələn Çakır, "Ad günü hədiyyələrimi UNİCEF vasitəsilə dərman və qidadan məhrum qalan uşaqlara bağışlayıram. Siz də mənə qatılsanız, çox sevinərəm. "mail@ugurcancakir.net"ə mesajlarınızı yazaraq mənə göndərə bilərsiniz. Mesajlarınızı tək-tək cavablamağa çalışacam", deyə qeyd edib.