Növbəti mövsümə hazırlıqları davam etdirən "Qalatasaray"ın yeni hədəfi Türkiyə millisinin ulduzudur.
Offsideplus.az xəbər verir ki, bu, "ay-ulduzlular" və "Sassuolo" klubunun müdafiəçisi Kaan Ayhandır.
Bu barədə məlumatı tanınmış italiyalı jurnalist Nikola Şira yayıb.
"Cim-bom"un baş məşqçisi Fatih Terimin sözügedən oyunçu ilə yaxından maraqlandığı və onun üçün qarşı tərəflə danışıqlara başlanmasını istədiyi bildiririlir.
Qeyd edək ki, 26 yaşlı Kaan Ayhan ötən ildən "Sassuolo"da çıxış edir.