Məşhur türk şərhçi və keçmiş hakim Erman Toroğlu maraqlı açıqlama verib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin "Trabzonspor"a keçəcəyini deyib. Toroğlu Türkiyənin "A Spor" kanalında yayımlanan verilişdə "Trabzonspor"un "Kasımpaşa"ya 5:2 hesablı yenilgisi haqda danışarkən bu açıqlamanı verib. O, bu məlumatı olduqca dəqiq bir mənbədən aldığını vurğulayıb:
"Elə indicə bir xəbər aldım. Artıq yüz faiz deyə bilərəm ki, Şenol Günəş "Trabzonspor"la anlaşıb. Hər şey hazırdır. Mən elə-belə açıqlama vermərəm bu barədə. Məlumatı aldığım şəxs olduqca dəqiq adamdır və bunu elan etmək məcburiyyətindəyəm".
Qeyd edək ki, Şenol Günəş 2015-ci ildən "Beşiktaş"ı çalışdırır.