"Fənərbağça"dakı dönəmi bir ildən də qısa olan Erol Bulut klubla anlaşmaya xitam verdikdən sonra ilk dəfə danışıb.
Offsideplus.az "Milliyet Gazetesi"nə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis komandadan belə tez ayrılacağını gözləmədiyini açıqlayıb.
"Belə tez ayrılacağımı gözləmirdim. Vəzifəmdən ayrıldığım indiki dönəmə baxsaq, "Fənərbağça" hələ də çempionluq uğrunda yarışır. Xal ortalamasına nəzər yetirsək, son 4 ilin ən yaxşı xal ortalamasını əldə etmişik. Bir dönəm qalibiyyət seriyamız da vardı, lakin yersiz zədələr bizi çox gerilətdi".
Mövsümün sonunda "Fənərbağça"nı çempion kimi görmək istədiyini qeyd edən Bulut, komandadan dostca ayrıldığını bildirib:
"Mübahisəli və ya pis şəkildə ayrılmadıq. Dostca vidalaşaraq ayrıldıq. "Fənərbağça"nın uğur əldə etməsini istəyirəm, inşallah olar. Çempion olsalar, bu məni də məmnun edər".