"Qalatasaray" sabah Super Liqanın 31-ci turu çərçivəsində "Hatayspor"un qonağı olacaq.
Çempionluq yolunda gərgin mübarizəyə girişən "sarı-qırmızılar"ın məlum matç öncəsi ciddi itkiləri var.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Fatih Terimin cəza səbəbindən texniki zonada yer ala bilməyəcəyi oyunda 6 futbolçu iştirak edə bilməyəcək. Bunlar cəzalılar - Markao, Kristian Luyindama, De-Andre Yedlin, Türkiyə millisinin heyətində koronavirus testi pozitiv çıxan Taylan Antalyalı ilə Emre Kılınç və həftəiçi məşqdə zədələnən Kərəm Aktürkoğludur.
Qeyd edək ki, oyun sabah Bakı vaxtı ilə 21.00-da start götürəcək.