Basketbol üzrə Türkiyə Super Liqasının 28-ci həftəsində "Fənərbağça Doğuş"un "Beşiktaş Sompo Japan"ı qəbul etdiyi oyunda maraqlı anlar yaşanıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənər" azarkeşləri bu görüşə başlarında sarğı ilə gəliblər. Onlar bununla Türkiyə kubokunun yarımfinal mərhələsində "Beşiktaş"la oyunda baş verən məlum hadisələrə diqqət çəkiblər. Azarkeşlər bununla rəqib komandanın baş məşqçisi Şenol Günəşə dəstək mesajı verdiklərini göstərmək istəyiblər.
Xatırladaq ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının (TFF) qərarı ilə "Beşiktaş"a texniki məğlubiyyət verilib və "Fənərbağça" birbaşa finala vəsiqə qazanıb.