"Fatih Karagümrük" sosial şəbəkə hesabında "Qalatasaray"la bağlı paylaşım edən futbolçusu Emre Çolağı əsas heyətdən kənarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klunun rəsmi saytı məlumat yayıb. Uzaqlaşdırmanın müvəqqətini olduğunu bildirən klub bir müddət  29 yaşlı yarımmüdafiəçi heyətdən kənarlaşdırılıb. Çolak sosial şəbəkə hesabında bu hərəkətinə görə üzr istəyib.

Qeyd edək ki, Emre Çolak "tvitter" hesabında "İçimiz bir, çölümüz bir. May ayları bizimdir", sözlərini yazıb və 4 ulduz qoyub. Sonradan bu paylaşımını silən futbolçunun hərəkəti bir mənalı qarşılanmayıb.

 

 

Screenshot 2021 03 31 155922