"Qalatasaray"ın aşağı yaş qrupundan çıxan Emre Çolak paylaşımı ilə gündəm olub. 

Offsideplus.az xəbər verir ki, "Karagümrük"ün 29 yaşlı yarımmüdafiəçisi "tvitter" hesabında  "İçimiz bir, çölümüz bir. May ayları bizimdir", sözlərini yazıb və 4 ulduz qoyub. Sonradan bu paylaşımını silən futbolçunun hərəkəti bir mənalı qarşılanmayıb. Çolağın komandadan uzaqlaşdırıldığı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" aprelin 10-da "Fatih Karagümrük"lə qarşılaşacaq.

 

60640e8366a97c12901cfca9 1