"Qalatasaray"ın aşağı yaş qrupundan çıxan Emre Çolak paylaşımı ilə gündəm olub.
Offsideplus.az xəbər verir ki, "Karagümrük"ün 29 yaşlı yarımmüdafiəçisi "tvitter" hesabında "İçimiz bir, çölümüz bir. May ayları bizimdir", sözlərini yazıb və 4 ulduz qoyub. Sonradan bu paylaşımını silən futbolçunun hərəkəti bir mənalı qarşılanmayıb. Çolağın komandadan uzaqlaşdırıldığı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" aprelin 10-da "Fatih Karagümrük"lə qarşılaşacaq.