"Qalatasaray"ın prezidenti Mustafa Cengiz Türkiyə Klublar Birliyindəki vəzifəsindən istefa verib.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 72 yaşlı klub rəsmisi qurumun İdarə Heyətindən ayrılıb. Cengiz "Təşkilatda bəzi klubların ortaq maraqları təmsil olunduğundan və əsl mənada birliyin olmaması" səbəbindən bu qərarı verib.
İstefadan sonra Mustafa Cengizin Klublar Birliyi toplantılarına qatılmayacağı bildirilir.