Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Ozan Tufan DÇ-2022-nin seçmə mərhələsində sabah Latviya yığması ilə baş tutacaq oyundan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi gələcək karyerası barədə bəzi açıqlamalar verib.
"Hələ yeni başlayırıq, önümüzdə çox vacib çempionat var. Hər futbolçu kimi mən də ölkə xaricində Türkiyəni təmsil etmək istəyirəm. Özümü İngiltərə Premyer Liqasında görmək istərdim. İnşallah, ən qısa zaman içində bu baş verər".
Ozan Tufan Norveçlə baş tutan oyunda (3:0) dublla yadda qalmışdı.
Qeyd edək ki, Türkiyə yığması sabah Bakı vaxtı ilə saat 22:45-də Latviya millisi ilə qarşılaşacaq.