Hollandiya millisinin və "Qalatasaray"ın futbolçusu Rayan Babel Latviya yığmasına qarşı oyunda tarixi göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, görüşə sonradan girən 34 yaşlı forvard 50 ildən sonra millidə ən çox oyun keçirən futbolçu olub. 16 ildir Hollandiya formasını geyinən Babel, millidə ən çox oyun keçirən dördüncü futbolçu olub.
Son 50 ildə bu göstəricini əldə edən ilk futbolçu olan Rayan, bununla da tarixə düşüb.
Hollandiya millisində ən çox oyun keçirən futbolçuları təqdim edirik:
1. Abel Lenstra: 1940-1959 (19 il)
2. Bertus de Harder: 1938-1955 (16 il)
3. Mik Klavan: 1948-1965 (16 il)
4. Rayan Babel: 2005-... (16 il)
5. Yan Yonqblod: 1962-1978 (15 il)
6. Uesli Sneyder: 2003-2018 (15 il)