"Qalatasaray" klubu növbəti mövsüm üçün heyətini məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" 35 yaşlı Falkaoya əvəzləyicini İngiltərə Premyer Liqasından tapıb.
Belə ki, İstanbul təmsilçisi "Kristal Palas"da top qovan 30 yaşlı Kristian Bentekeni sıralarına qatmağa hazırlaşır. Baş məşqçi Fatih Terim onu öz sərəncamında görmək istədiyini rəhbərliyə ərz edib.
30 yaşlı forvardın cari klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
"Qalatasaray" artıq qarşı tərəflə təmasa da keçib. Sabiq "Liverpul"lunun yayda "sarı-qırmızılar"ın heyətinə qoşulacağı ehtimal edilir.
Qeyd edək ki, Benteke bu mövsüm "Kristal Palas" forması ilə çıxdığı 22 oyunda 5 qol vurub.