"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
67 yaşlı çalışdırıcı və köməkçisi Superliqanın 31-ci turunda "Rizəspor"la oyundan (3:4) sonra hakimləri təhqir etdikləri üçün 2 oyunluq diskvalifikasiya olunub.
Bundan başqa, onlar 13 min TL cərimələniblər.