"Fənərbağça" klubu baş məşqçisi Erol Bulutla yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
"Sarı-larcivərtlər" müvəqqəti olaraq mövsümün sonuna kimi Emre Belözoğluna tapşırılacaq.
Qeyd edək ki, 46 yaşlı Erol Bulut ötən ildən "Fənərbağça"nı çalışdırırdı.